Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən təqsirləndirilən şəxs vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il il təvəllüdlü Təbriz Şəfiyev istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Həbsdə olan narkoman ÖLDÜ
03
fevral
13:31

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər