Meksikanın ən qanlı mafiya təşkilatlarından biri olan və son zamanlar ağlasığmaz cinayətləri ilə tez-tez gündəmə gələn Sinaloa Kartelinin lideri öz dəstə üzvü tərəfindən qətlə yetirilib.
Xarici KİV xəbər verir ki, “El 22” kod adlı mafioz təşkilatının lideri təsadüfən öldürülüb.  
Məlumata görə, dəstə üzvləri mafiya liderini rəqib dəstənin üzvü sanaraq güllələyiblər. Bildirilib ki, Culiacan əyalətində özəl sağlamlıq klinikasında baş verən münaqişə zamanı təsadüfən "El 22"ni vuran atıcı da səhvini anlayanda özünü güllələyib. Münaqişədə biri həkim də daxil olmaqla daha 4 nəfər ölüb.
ABŞ-də mühakimə olunan "El Çapo" ləqəbli  Xoakin Arçivaldo Quzmanın başçılıq etdiyi Sinaloa Karteli son zamanlar rəqib dəstələrlə qanlı döyüşlər və onlarla insanın oğurlanması ilə gündəmdədir.
Avqust ayında kartelin onlarla insanı turşuda həll edərək məhv etməsi xəbəri gündəmə gəlmişdi. скачать dle 12.1