Rusiya Prezidenti Vladimir Putinin iki il öncə təbliğ etdiyi bir sıra layihələrə xərclər azaldıla bilər, çünki koronavirusun yayılması büdcə gəlirlərini tükədir.
Putinin sözçüsü Dmitri Peskov mayın 3-də deyib ki, ölkədə “Milli Layihələr” kimi tanınan hədəflər hökumətin prioriteti kimi qalacaq və dəyişikliklər onların həyata keçirilməsinə təsir göstərməyəcək. “Aydındır ki, iqtisadiyyatın inkişafı üçün plan hazırlayanda bu milli layihələrlə bağlı tapşırıqlar, büdcə xərcləri nəzərə alınacaq”, – Peskov dövlət televiziyasına deyib.
Beynəlxalq Valyuta Fondu bu il Rusiyada iqtisadi artımın 5 faiz azalacağını proqnozlaşdırır. Səbəb koronavirusun neftə tələbatı azaltmasıdır. 2009-cu ildən bəri Rusiya iqtisadiyyatında ən böyük azalma gözlənir.
Rusiyanın gəlirlərinin əhəmiyyətli hissəsini neft ixracı təşkil edir. Hətta neftin barrelinin 42 dollar civarında olması federal büdcəyə mənfi təsir göstərir. Rusiyanın “Ural” brendi isə indi bu qiymətin də yarısına satılır.
Büdcə gəlirləri azaldıqca ölkədə sosial ödənişlər artır, çünki pandemiyaya görə mağazalar, restoranlar, digər şirkətlər bağlandıqca işsizlik də yüksəlir.
Putin 2018-ci ildə, ikinci müddət altıillik prezidentliyinin başlanğıcında 400 milyard dollarlıq nəhəng Milli Layihələri elan edib. Bu layihələrin məqsədi 2024-cü ilədək həyat standartlarını yüksəltmək, tibbi xidmət, təhsil və infrastruktur kimi 13 əsas sahəyə diqqət ayırmaq idi.
2014-cü ildən bəri neft ucuzlaşdığından və Qərb sanksiyalar qoyduğundan Rusiyada yaşam standartlarında düşüş nəzərə çarpıb. Sanksiyalar Kremlin Ukraynaya təcavüzü, daha sonra ABŞ-da seçkiyə müdaxiləsinə görə tətbiq olunub.
Baş nazir Dmitri Medvedev hökuməti ötən il Milli Layihələri ləng icra etdiyinə görə tənqid olunurdu. Yanvarda Medvedev Mixail Mişustinlə əvəzləndi.
Putinin 400 milyardlıq layihələri təxirə salına bilər –Peskov əksini deyir
04
may
15:32

Qarabağ
KOMMENTLƏR
5 ölkə milyardlarla dolları sadəcə bunun üçün xərcləyib - HESABAT
KORONAVİRUS PUTİNİN VARİS PLANLARINDA DƏYİŞİKLİK YARADA BİLƏR:erməni əsilli Mişustin, yoxsa tatar əsilli Sobyanin? - TƏHLİL
Putin koronavirus səbəbiylə videokonfranslar keçirəcək
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
Putin istefadan qabaq Nazarbayevlə
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat