General  Qədir Nəsibovun 2 tonluq soyuducuları...

Səbail rayonunun Badamdar qəsəbəsini  hərbçilər öz aralarında  “Generallar şəhərciyi” adlandırır..
Görəsən,  bu qəsəbənin  generallarımızla  nə əlaqəsi var ? 
Əgər yazını  diqqətlə oxusanız, görərsiniz ki, bu qəsəbə həqiqətən də “Generallar oylağıdır”...
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik  Nəcməddin  Sadıkovun  bu qəsəbədə 50 milyon dəyəri olan  möhtəşəm villası var. 
Bu azmış kimi,  cənab Sadıkovun bacısı oğlunun  eyni məkanda 10 milyonluq  villası ucalır. 
Cənab generallar hətta  bahalı torpaq alveri ilə də məşğul olurlar. 
Belə ki,  bu generallar  Artilleriya hərbi hissəsinin  ərazisini   özəlləşdirərək  sataraq milyonlar qazanıb. 
Bu qanunsuz özəlləşdirməni, Nəcməddin Sadıqovla  İmran həyata keçirib. 
Bu  “Generallar şəhərciyin”də  keçmiş gizir, indiki general  Qədir Nəsibovun da  15 milyon dəyəri olan mülkü var. Şahidlərin dediyinə görə, Qədir Nəsibovun evində   2 tonluq soyuducu var.  
Görəsən, Qədir Nəsibov 2 tonluq  soyuducunu neyləyir?
Axı, karantin öncəsi demişdilər ki, hamı içəridə qalacaq çölə çıxan olmayacaq. 
Ona görə də  Qədir Nəsibov  əsgərlərin  təchizatı üçün  nəzərdə tutulmuş   soyuducuları aparıb  evlərinə qoydurub.  Ki, birdən  koronavirus  qapını kəsdirsə, evdən bayıra çıxmasınlar.
Məlumat üçün qeyd edək ki, Qədir  Nəsibovun oğlu  “Türk Azərbaycan”  şirkəti yaradaraq  100 milyonluq tenderi udub.  
Təsəvvür edirsiniz,  Müdafiə Nazirliyinin  yüksəkçinli məmurlarından birinin oğlu  “atasının nazirliyində”  tenderi  udur. Özü də  100 milyonluq. Bu birbaşa cinayətdir.  
Görək, Qədir Nəsibov kimdir ?
Qədir Nəsibov  Nəcməddin  Sadıkovun  sürücüsü  Əlinin qudasıdır. 
Qədir Nəsibov  MN-də ən çox korrupsiyaya bulaşmış  zabitdir. 
Hazırda  Qədir Nəsibovun  Daşkəsən  rayonunun Xoşbulaq  kəndində  milyonlarla dəyəri olan evi,  Gəncə ətrafında  mal-qoyun fermaları və daha nələri...
Hətta, deyilənə görə, Qədir Nəsirovun diplomu da saxtadır. 
Qədir Nəsibovun Bakı şəhərində xeyli yerdə mənzilləri var. 
Ən dəhşətlisi odur ki, Qədir Nəsibov əslində peşəkar  hərbçidən daha çox, kabab çəkəndir. 
Bəli, Qədir Nəsibov hər axşam Nəciməddin Sadıkovun evində kabab çəkir, özü də general formasında...
Hətta deyilənə görə, Qədir Nəsibov gecələr Nəcməddin Sadıkovun sifarişi ilə Nizam Osmanov barəsində düşünür.
Nizam Osmanov barəsində bir az sonra...
Şəhərciyin digər sakini olan general  Elçin Xəlilov  nazirlikdə  Kadrlar  idarəsinin rəisidir və  Nəciməddin Sadıkovun bacısı oğlunun kirvəsidir. 
Elçin Sadıqovun qardaşını  isə bizim bildiyimiz bir problemə görə, ordudan qovublar, indi  Sərhəd qoşunlarında işə  düzəlib. Onun da  şəhərcikdə  10 milyonluq villası var. General Nizami  Məmmədov isə MN-də Maliyyə idarəsinin rəisidir, onun da Badamdarda  10 milyonluq villası var.  
Nizami Məmmədovun adı  həmişə başqa bir məsələdə hallanıb, barəsində əvvəlki xidməti etdiyi yerdə bir neçə  dəfə cinayət işi açılıb. 
Nazim  Məmmədov da Nəcməddin Sadıkovun  sədaqətli kadrı olub. 
Digər general  Rasim Babayev  isə Nəcməddin Sadıkovun sağ əlidir,  həmişə  MAXE-lərin işə götürülməsinə görə adı hallanıb. 
General-leytenant  Zahid Hüseynovun isə  bir həyətdə 2 villası var,  adına “Kuryatnik Zahid”  deyirlər.
Vaxtilə, yəni polkovnik olanda Badamdarda  Nəcməddin  Sadıkovun toyuqlarına baxırdı.
Generalların torpaq zəbt etməsi təkcə bununla bitmir. 
Daxil olan məlumata görə, Şüşəli bazarın yanındakı  hərbi hissənin 2 hektarını  Zakir  Həsənovla Nəcməddin Sadıkov götürüb. 
Qədir Sadıqovun  xoşagəlməz hərəkətləri  barədə nöbvəti  sayımızda  yazılar dərc edəcəyik. 
Haqqında  bəhs etdiyimiz  bu generallar bir məclisdə olanda  Zakir Həsənovun bilik və bacarığına, hərbi səriştəsinə  lağ edib gülürlər. Lazım gələrsə, bütün faktları  təqdim edərik. 
Bu genarallar  ( Qədir Nəsirovla  Elçin Xəlilov )  bütün məclislərdə deyirlər ki,  bizim villalarımızı  sökmək üçün  birinci  Zakir müəllimdən başlamaq lazımdır. Hətta Qədir  Nəsirov  deyib ki, Zakirin villası 2 hektar ərazini  əhatə edir, bizimki ona baxanda çox balacadır. Sözün  düzü, çəkiliş qrupumuz  Zakir Həsənovun villasını tapa bilmədi. 
Həm də  Zakir Həsənov  o qədər ağılsız  adam  deyil ki,  Qədir Nəsirov kimi  bir  “gizir-genaral”la  qonşu olsun. Düzdür, general olmaq istəməyən əsgər  deyil. Amma  belələrinin general  olması  qəbulolunmazdır. 
Ən böyük rüsvayçılıq isə  Nəcməddin Sadıqovun  villasında  gizir-genaralın öz köhnə peşəsiilə məşğul olması, kabab bişirməsidir...
Yazının əvvəlində qeyd etdiyimiz  Nizam Osmanova gəlində isə, onu qeyd edək ki, o, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisidir. 
Nizam Osmanov  barəsində ötən yazımızda geniş bəhs etdiyimiz üçün  onu qeyd edə bilərik ki, onun 3-cü mikrorayon  bazarının yaxınlığında  özəl kafesi var.  
Və bütün sövdələşmələr  həmin kafedə baş tutur. 
Kafe həm də  yüngül əxlaqlı qadınların görüş yeridir. 
Kafedə Əfəndiyev, Osmanov, Tural, Elmar, Nüsrəddin hamısı  hər axşam  bir yerə yığışaraq yığılan pulları bölüşdürürlər. 
Tural və  Nüsrəddin  isə əslən Qubadan olan və orada böyük villası olan   Nizamov Elmarın pul yığanlarıdır.
P.S Yazida adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1