Baytarlıq + Fitosanitariya + Aqrar Kredit+ ...= AXA


Aqrar Xidmətlər Agentliyi CARİ TƏMİR adı altında milyonları silir...


Etiraf edim ki, bu mövzu bizim üçün çox ağrılı mövzudur. Çünki insanlarımızın  səhhəti, sağlamlığı, millətimizin  genefondu  bu mövzu ilə bağlıdır. 
Peyğəmbər əfəndimiz buyururdu ki, biz yediklərimizin cəmiyik. 
Bəli, millət nə yeyirsə odur. 
Neçə illərdir  bazarlarda ölmüş eşşək, at, heyvan cəmdəklərini ucuz qiymətə  sataraq  millətimizi məhv edirlər. Bütün xəstəliklərin mənbəyi də budur. 
Bütün bunların qarşısını almaq üçün vaxtilə ölkədə pis-yaxşı Baytarlıq Dövlət Xidməti və Fitosanitar Dövlət Xidməti fəaliyyət göstərirdi. 
Biri heyvandarlıq, o biri isə bitki mənşəli məhsullarla məşğul olurdu. Bütün bazarlarda laboratoriyalar var idi, nəzarət olunurdu. Hara getdi o qurumlar ? 
Həmin qurumlar yerli dibli ləğv olundu və bütün səlahiyyətlər  Qida Təhlükəsizlik Agentliyinə verildi. Başına da Qoşqar Təhməzlini qoydular. Olsun. Amma nəticə nə oldu ? 
Bazarlardakı bütün laboratoriyalar ləğv olundu. Bu gün gedin bazarlara görün satılan məhsullara nəzarət  varmı ?
Əlbəttə, yoxdur. 
Axı, Qoşqar Təhməzli nə bilir ki, baytarlıq, yaxud fitosanitar nəzarəti nə deməkdir ? 
Bu problemin bir tərəfi. 
Problemin o biri və ən dəhşətli tərəfi odur ki, Kənd Təsərrüfatı  naziri olan İnam Kərimov da bu sahələri bilmir. Nəinki bilmir e, heç anlayışı yoxdur. 
Bax, fəlakət budur. 
Sonradan problemi az-çox başa düşəndə  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ( AXA ) yaratdılar. 
Görün bu qurumun tərkibində bir-biri ilə əlaqəsi olmayan nə qədər agentlik var. 
AXA = Baytarqlıq + Fitosanitariya + Aqrar Kredit + Dövlət Aqrar Universiteti + Aqrar Tədarük və Təchizat +.......
Bunlar başa düşmür ki, bu sahələri necə bir yerə yığıb  bir nəfərə tabe etmək olar ?
Özü də İnam Kərimovun dostu və ASAN Xidmətdə birgə çalışdığı  Seymur Mövlayevə. 
Ay adam, ixtisasca  regionşünas olan Seymur Mövlayaev nə bilir  baytarlıq, fitosanitariya nədir ?
Ay adam, Seymur Mövlayevin kredit məsələsindən necə başı çıxa bilər axı ? Bu şəxs iqtisadçı, maliyyəçi deyil axı..
Yaxşı Allah qoymasa, Seymur Mövlayev oldu AXA sədri?
Bəs nə oldu ki, 3 aydan sonra Seymuru çıxarıb, o biri dostunu Mirzə Əliyevi AXA-ya sədr gətirdin ?
Siz millətin başında eksperiment aparırsınız, yoxsa nə öyrənirsiniz ? 
Bu  Mirzə Əliyev kimdir, bu sahəni bilirmi ? 
Bəs Mövlayev hara getdi ? 
Ümumiyyətlə Mövlayevi nə üçün çıxardın ? Hansı izi itirmək istədin ? 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşı  deyir ki,  AXA da baş alıb gedən qanunsuzluq, korrupsiya, özbaşınalıqlar, hərc-mərclik barədə nazir İnam Kərimova  məlumat verdim və məni şəxsən qəbul etməsini xahiş etdim. 
Şikayətdən sonra AXA-nın sədri Seymur Mövlayev Kredit Agentliyinə sədr gedib. Kredit Agentliyinin  sədri  Mirzə Əliyev isə AXA-ya sədr gəlib.
Və ən dəhşətlisi odur ki,  nazirə məlumat verən əməkdaş  təzyiq və təqiblərə məruz qalıb. 
Budur gənc  nazirin islahatları ? 
Deməli, yuxarıda qeyd etdik ki, AXA-nın hər rayonda qurumları, məntəqələri var. Və cari təmir adı altında  son bir ildə külli miqdarda dövlət vəsaiti  bu ad altında mənimsənilib. 
Budur islahat, cənab Kərimov ?
Ümumiyyətlə,  başa düşmək lazımdır ki, korrupsionerin cavanı, qocası, “maladoyu” olmur. 
Ümumiyyətlə, İnam Kərimovun tabeliyində olan dövlət qurumlarının keçirdiyi tenderlərə baxanda adam dəhşətə gəlir. Baytarlıq  institutunda tender elan olunmazdan 3 gün qabaq  şirkəti qeydiyyatdan keçirib qalib elan edirlər. 
Ay adam, başa düşmürsünüz ki, “Dövlət  satınalmaları haqqında”  Qanun var axı...
O qanunun xeyli müddəaları var. O boyda qanunu ayaq altına atırsınız..
Cənab nazir İnam Kərimovun baytarlığı sözün həqiqi mənasında  rüşvət və korrupsiya yuvasıdır. 

P.S Mən 3 nəfər tanıyırdım, onlar hər gecə bir maşında gəzərdilər. Habil, Elnur, Mirzə. Maşının nömrəsi 01AA514. Görəsən, o dostlar indi də o maşında gəzirlər? Özünüzdən yuxarıda olan hörmətli dostunuzu hörmətdən salmayın, cənablar. Axı o bizim də dostumuzdur. /Gundelik-baku.com/скачать dle 12.1