İnam Kərimov, sənin məsuliyyətin səhiyyə nazirinin məsuliyyətindən qat-qat ağırdır, bunu başa düşürsən..? 

Cənab nazir vaksin istehsalçılarını niyə  birbaşa tenderə buraxmır? 

Çünki  İnam Kərimova “makler”lər lazımıdır…



Bu yaxınlarda  baytarlıq  üzrə mütəxəssis olan  dostumuz dedi ki, nə COVİD-koronavirus, nə AMİKRON-zad, bunlar böyük fəlakət deyil. 
Dostumuz tam məsuliyyətlə dedi ki,  1 qramlıq  qarayara  kapsulu  milyonlarla insanı məhv edə bilər. 
Dostumuz yana-yana   deyirdi ki, BAYTARLIQ sahəsi çox ciddi sahədir, bunu nəzarətdən kənar qoymaq olmaz, bazarda  satılan xəstə heyvan əti, südü, şoru ilə yüz minləri zəhərləmək olar...
Dostumuz onu da deyirdi ki, COVİD-in  statistikası 3-4 min olanda hamı dəhşətə gəlir, bəs sabah iraq olsun brüsülyozun, qara yaranın sayı 100 mini keçsə nə edəcəyik..?
Bütün bunları yazmaqda məqsədimiz hay-küy salmaq deyil...ƏSLA...
Məqsədimiz, kənd təsərrüfatı naziri İnam Kərimova başa salmaqdır ki, hansı məsuliyyəti daşıdığını başa düşürsənmi..?
Sənin məsuliyyətin səhiyyə nazirinin məsuliyyətindən qat-qat ağırdır, cənab İnam Kərimov...
Qucağına  quzu alıb şəkil çəkdirməklə məsələ bitmir...
Tarix müəllimini, coğrafiya  müəllimini, regionşünası BAYTARLIĞA rəhbər təyin etmək  böyük cinayətdir....
Adam, ayıl, nə etdiklərinin fərqində ol...
Bir gün  bunlara görə cavab verəcəksən....
Biz səni təhdid etmirik, millətimizin gələcəyi  naminə sənə xəbərdarlıq edirik...
Adam, aqrar sahədə 70 ildə yaranmış kadr korpusunu məhv etdin, ASAN xidmətdəki dostlarını aqrar  sahəyə doldurmusan...
Adam, sən başa düşürsənmi, Azərbaycanda son 100 ildə kartofun kilosu  2 manata qalxmayıb. 
Bunu sənin kimi aqrar sahədən xəbəri olmayanlar etdi...
Bəli, sən nazir olduğun sahənin elementar  anlayışlarını bilmirsən...
Adam, sən millətin gələcyi ilə sanki oyun oynayırsan, millətin gələcəyi, sağlamlığı, genefondu  aqrar sahəyə bağlıdır...
Bir daha  təkrar etməyə məcburuq ki, Peyğəmbər  əfəndimiz deyirdi ki, BİZ YEDİKLƏRİMİZİN CƏMİYİK...
Neçə illərdir  bazarlarda ölmüş eşşək, at, heyvan cəmdəklərini ucuz qiymətə  sataraq  millətimizi məhv edirlər. Bütün xəstəliklərin mənbəyi də budur. 
Bütün bunların qarşısında  Baytarlıq Xidməti ( indi adını AQRAR XİDMƏT  qoymusan ) dayanmalıdır.
Dayana bilirmi…? 
Yox, dayana bilmir. Niyə..?
Adam, sənə neçənci dəfədir ki, xəbərdarlıq edirik ki, EPİZOTİYA əleyhinə vaksin məsələsi ilə məzələnmə..
Bu çox təhlükəli məsələdir. 
Sənin əziz dostun, daha doğrusu, şərikin, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tərəfindən  QİDA-nın rəhbəri  Qoşqar Təhməzlinin 20 sentyabr  2021-ci il tarixli Əmri ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya  əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planına”  müvafiq olaraq  10 MİLYON ABŞ dolları həcmində  büdcə vəsaiti hesabına  2021-ci ilin sentyabr ayında  baytarlıq vaksinlərinin  satınalınması məqsədilə  əvvəlcədən  xüsusi hazırlanmış  SSENARİ üzrə TENDER SERİALI həyata keçirilmişdir. 
Bax, indi gəldik MƏTLƏB üstünə..
Siz milyonlar qazanmaq üçün  SAXTA TENDERLƏR keçirirsiniz. Özü də 10 MİLYON miqyasında ..
Biz uzun-uzadı Satınalmalar haqqına, Tender haqqında qanunun müddəalarını yazıb oxucunu yormaq istəmirik. 
Konkret deyirik ki, əvvəlki illərdən fərqli olaraq İnam Kərimovun dostları tenderləri GİZLİ keçirir, hətta..
11 adda  olan vaksinlər   5 qrupa bölünərək  4 elektron tender  və 1 birbaşa müqavilə ilə satınalma həyata keçirilir. 
Birincisi, vaksinlərin bölgüsü nə üçün aparılıb? Deməli, əvvəlcədən sövdələşmə olub…
İkincisi, bölgü hansı meyarla aparılıb? Dünyanın hansı sivil ölkəsində belə bir praktika var ? 
Bu da əvvəlcədən sövdələşmədir…
Üçüncüsü, vaksin istehsalçısı olmayan CASPİAN EYES şirkəti birbaşa müqavilə üçün hansı meyarla seçilib ? 
Bu şirkət  TENDER SERİALI zamanı “Heyvanlar arasında çiçək, qarayara, Nodulyar Dermatit və Leptospiroz  xəstəliyinə qarşı vaksin” adlı tenderdə ən aşağı qiymət ( 3233001, 62 AZN ) təqdim etmiş şirkət deyilmi ? 
Bu halda  daha yüksək qiymət təqdim etmiş  ( 4612735, 20 AZN ) Maybo şirkətini qalib elan etmək üçün Qiymətləndirmə komissiyası Satınalma prosedurları haqqında hesabatında Caspian Eyes şirkətinin hansı nöqsanlarını aşkar edərək rəsmiləşdirib ? 
Dördüncüsü, uzağa, Amerikaya, İngiltərəyə getməyək, niyə  yaxın qonşumuz Qazaxıstanın praktikasında olduğu kimi, istehsalçıların birbaşa iştirakını təmin etmək məqsədilə hər bir vaksini ayrıca lot kimi göstərməklə bir açıq tender  niyə elan edilmir ? 
Büdcə vəsaitinə QƏNAƏTİ və KEYFİYYƏTLİ mal alınmasını təmin edə biləcək bu satınalınma üsulundan nəyə görə yayınırlar ? 
Nə isə sualların sayını kifayət qədər uzatmaq olar. 
Cənab İnam Kərimov, bu suallardan heç olmasa birinə cavab verə bilərsənmi ? 
Cavabını gözləyirik, cənab nazir İnam Kərimov. 
P.S İnam Kərimov, bu yazının hazırlanmasında tək bizim əməyimiz sərf olunmayıb, Kənd Təsərrüfatı üzrə alimlərin araşdırmaları nəticəsində ortalığa qoyulan məhsuldur. Yuxarı dairələrdə müzakirələr olunsa həmin şəxslər o müzakirələrdə iştirak edərlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

скачать dle 12.1