Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil  Hüseynovun əməlləri  barədə  hər gün redaksiyamıza elə xəbərlər daxil  olur ki, adam  hətta məəttəl qalır. 
Bu adam  Masallıda  qəbristanlığı  sökür ( adamın yadına  ermənilərin  işğal olunmuş rayonlarda  qəbirlərin qızıl dişini çıxartmağı düşür ), yerində ticarət obyekti tikir. 
Bu adam  Qarabağ qazisinin arvadına  polislə hədə-qorxu gəlir...
Bu adam  Qarabağ veteranının statusunu ləğv etdirmək istəyir...
Bu adam şəhidin atasına elə sözlər deyir ki, adam yazmağa utanır...
Bir sözlə,  bu adam bütün dəyərləri, mənəvi xətləri keçmiş adamdır. 
Əslində, sözün düzü, bizim bu adamla  heç bir işimiz, şəxsi  davamız yoxdur.  
Amma, bu adam  Ağcabədi rayonunda  test imtahanı keçirəndə, suallar tərtib edəndə, bağça müdirlərini soğru-suala çəkəndə...vallah  düşünmək olur ki, mütləq PSİXOLOQ  çağırmaq lazımdır. 
Sözün həqiqi mənasında başqa söz tapa bilmirik. 
Sən kimsən özündən imtahan komissiyası yaradırsan, hətta sərəncam verirsən, sən hansı  hüquqla  suallar düzəldirsən, ey baş bilən?
Sənin özünü sorğu-suala çəkməyin zamanı çoxdan çatıb. Başa düşürsənmi ? 
Əgər bu ölkədə zərrəcə ədalət anlayışı qalıbsa, sən bağçadan qovdurduğun, uşaqlarını çörəyə möhtac elədiyin qadınlara görə, mütləq cavab verəcəksən. 
Ya Allah qarşısında, ya da olmayan Ədalət məhkəməsi qarşısında. 
Sən öz doğma oğluna  ( polis orqanlarından qovulan ) tərbiyə verə bilmirsənsə, sən hansı mənəvi haqla  qadınları sorğu-suala çəkirsən ? 
Sənin başqa məqsədin yoxdur. Ancaq onları işdən uzaqlaşdırıb, yerinə pul alıb başqalarını qoymaq. Bu qədər  bəsit. 
Sən rəhbər deyilsən, İrafil, sən alverçisən...

Cənab Rafil Hüseynov, biz  konkret olaraq, şikayət ərizələrindən, AUDİO-VİDEO yazılardan danışırıq ee, fantaziya-zad deyil..
Sabah lazım olarsa, bu faktları çıxarıb  sənin stolunun üstünə qoyacağıq...
Sən kimsən ki, insanları kütləvi şəkildə işdən qovdurursan..? 
Axı, cənab Prezident özü deyir ki, hər ixtisara düşən işçi ilə birgə bir ailə ehtiyac  içində qalır...
Başa düşdünmü, Rafil  Hüseynov ? 
Söhbət qanuni ixtisardan getmir e, sənin özbaşına işdən qovmağından gedir...
Sən bu yolla, qazandığın  haram pullarla özünə  Novxanıda  20 milyon dəyəri olan  villa tikdirmisən. O villa ki, dam örtüyündən yağış suyu həmin evin içinə axırdı. O villa ki, dam örtüyünün dəyişməsinə 100 mindən çox pul xərclədin. O villa ki, qarşısında tikdirdiyin gözətçi evinin qiyməti 2 milyondur.
O villanı satıb,  işdən qovduğun bağça işçilərinə verməyin zamanı çatıb. 
Cənab Rafil Hüseynov, təkrarçılıq olmasın, bizim sənin personan ilə işimiz yoxdur, məqsədimiz insanların  hüquqlarını qorumaqdır. İstəmirik ki, insanlarımız  sənin kimi məmurların əməllərinə görə dövlətimizdən, Prezidentimizdən narazı olsunlar. Siz isə məqsədli şəkildə, pul qazanmaq üçün  insanları dövlətdən narazı salırsınız. 
Əsas problem budur. 
İndi isə  Rafil Hüseynovla bağlı redaksiyamıza daxil olan  yeni məlumatları  təqdim edirik. 
Deməli, icra başçısı  Rafil  Hüseynov  son vaxtlar  iki şadlıq  sarayının direktorunu  Pambıq zavoduna direktor qoyub. 
Bu hələ harasıdır ?
Cənab icra başçısı iki orta təhsilli, üstəlik heç bir təcrübəsi olmayan  cavan  adamı bağçaya müdir qoyub. 
İcra  başçısı  bağça və məktəb məsələsində özünə  Çiçək xanımı “müşavir”  götürüb. 
Çiçək xanım əvvəllər bələdiyyə başqanı işləyib, sonra bağça müdiri olub, lap sonra  keçmiş icra başçısı Şahin Məmmədov onu öz yanına aparıb. Camaat deyir ki, Şahin rayona icra başçısı  gələndən sonra Çiçək əsl çiçək açdı, onun baxtı parladı. 
Bəli, Çiçək xanım sonra  icra başçısının Aran üzrə icra nümayəndəsi oldu. 
Rafil Hüseynov  təkcə Çiçəyi deyil. Bacısı oğlunu da mühüm vəzifəyə qoyub- şəhər üzrə icra nümayəndəsi. 
Çiçək xanımın 3 uşaq bağçası var. Deməli, bağçaların birində 1 qrup, ikisində isə 2 qrup var. 
Bağçaya verilən ərzaq məhsulları üçün vəkalətnamə olmalıdır.  Amma...
Vəkalət yazılmadan gəlir,  nə yazırsan. Yaz...
Deməli, bağçalar üçün ərzaq  məsələsi də biabırçılıqdır. 
Deməli,  Çiçək   əvvəllər  icra nümayəndəsi və bələdiyyə sədri  ola-ola  3 qruplu bağçası olub və ərzaq üçün vəkalətnamələr həmişə Çiçəyin adına olub. 
Bu ciddi qanunsuzluqdur. 
Çiçəyin bağçalarından biri  onun  qardaşı arvadının adına olub. 
Deməli,  bağçada  işçilərə hədə-qorxu gəlirlər ki, soyuducudan  ərzaq apara bilməsinlər və  qalan ərzağı icra nümayəndələri aparsın. 
Bağçalara yeni götürülən işçilərdən çoxlu pul alınıb. İndi deyirlər ki, pullarınızı gəlin aparın,  işdən çıxarılacaqsınız. 
Bir sözlə, əgər Korrupsiya Rafilin bu əməllərini yoxlasa, Rafil  “türmə”likdir.
P.S Ay Rafil, elə bilirsən ki, sən məhkəmədə bizə qalib gələ bilərsən. Ayə məhkəmələr qanunla tənzimlənir, sənin sözünlə yox. Deyirmişsən ki, Binəqədi Rayon Məhkəməsinin sədri və hakimi bizə yaxın adamdır. Biz nə desək odur. Qudamın Yasamalda tikdirdiyi binadan onlara ev vermişik.
/Gundelik-baku.com/
скачать dle 12.1