Ötən sayımızda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vəzifəsindən uzaqlaşdırılacağı və Rusiya Federasiyasında ( RF ) Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunacağı ilə bağlı xəbər vermişdik.
Qısa xatırlatma üçün qeyd edək ki, ölkəmizin RF-dakı səfiri Polad Bülbüloğlunun vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.
Və onu Niyazi Bayramovun əvəz edəcəyi bildirilir.
Görəsən, Niyazi Bayramovdan sonra Gəncənin boş qalacaq icra başçısı postuna kim sahib olacaq..?
Gündəlik-Bakıya daxil olan məlumata görə, Yevlaxın icra başçsı Anar Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı postuna gətiriləcək.
Məlumat üçün qeyd edək ki, Tağıyev Anar Aqil oğlu 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri, 2011-ci ildən isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli 1527 nömrəli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. /Gundelik-baku.com/
Yevlaxın icra başçısı Anar Tağıyev Gəncəyə başçı gəlir...- Niyazi Bayramov yola salınır ?
08
fevral
11:21

Qarabağ
KOMMENTLƏR
Niyazi Bayramov yola salınır?
Gəncənin yeni icra başçısı KİM OLACAQ? - Köhnəsi ilə bağlı iddialar var...
Polad Bülbüloğlu Rusiya Federasiyasında səfir vəzifəsilə vidalaşır… - Gəncənin icra başçısı Niyazi Bayramov isə Rusiyaya səfir gedir – ÖZƏL
Eldar Əzizovun iki kadrı bu rayonlara icra başçısı təyin olundu
Bakıdakı məşhur restoran bu icra başçsının həyat yoldaşına məxsus imiş - FOTO
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi