“Prezident İlham Əliyevin SOCAR-a  ünvanlanan tənqidini  “dəqiq və haqlı” sayırıq”...
Bəlkə saymayasınız, cənab  Rövnəq Abdullayev ?  
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə çox  ciddi mətləblərə  toxundu. 
Məsələn, bu günədək tənqiddən uzaq qalan bəzi dövlət qurumlarına, əsasən Azərbaycan Dövlət Neft Şirkətinin  (SOCAR) ünvanına çox sərt iradlar bildirildi. 
Cənab Prezident dövlət şirkətləri ilə bağlı ciddi suallar qoydu: 
-    Dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir?
-    Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz..
Azərbaycan Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. 
Prezident çıxışının sonunda tapşırıb ki, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir, nəzarətsizlik bundan sonra davam edə bilməz. 
SOCAR isə Prezidentin bu sərt mövqeyinə absurd, rabitəsiz cavab verib: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Prezident İlham Əliyevin quruma ünvanlanan tənqidini “dəqiq və haqlı” sayır.
Bəlkə saymayasınız, cənab Abdullayev ? 
Cənab Abdullalyev ! 
Möhtərəm Prezidentimiz deyir ki, biz mağara psixologiyası, tayfa təfəkkürü ilə heç nəyə nail ola bilmərik. Sən isə dövlətin strateji qurumu olan SOCAR-ı öz tayfanın qurumuna çevirmisən. Şübhən varsa, uzun müddətdir ki, mediada dolaşan siyahıya bax: 
Adı beynəlxalq  araşdırmalarda dolaşan Anar Əliyev(Əlizadə)
1.    Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevn qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri Idarəsinin rəis müavini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Qeyd edək ki, bu siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissəsinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur.
Ümumiyyətlə, SOCAR-la bağlı ciddi araşdırmalarımız davam edir və düşünürük ki, cənab Prezident bu əyalət adamını SOCAR kimi strateji quruma rəhbərlikdən uzaqlaşdırmalıdır.

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)скачать dle 12.1