Bədəl Bədəlovun mediaya qarşı allergiyası ...
Öncə görək ölkənin 1 nömrəli strateji qurumu olan SOCAR-ın Sosial məsələlər üzrə vitse prezidenti Bədəl Bədəlov kimdir ?
Özünün vikipediyada yazdığına görə, Qaraqoyunlu türküdür. Birincisi, rəsmi dövlət məmurunun özünü bu cür təqdim etməsi vallah düzgün əlamət deyil. Nə ağ qoyun, nə qara qoyun..?
XXI əsrdir ee, ey xanə-xərəb…
Bu ağılla, bu təfəkkürlə, Cənab Prezident İlham Əliyev demişkən, “mağara düşüncəsi..” ilə hara gedə bilərik. Yaxşı “qoyun..” məsələsini qoyaq bir kənara.. Bu adam öz tərcümeyi halında yazır ki, 1961-də doğulub, 1987-də İnşaat İnstitutunu bitirib. Bəs bu qaraqoyunlu türkü aradakı 5 ili harada olub ? Bu suala da qoy Bədəlov özü cavab versin. Bədəlov 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür. Bədəl Bədəlovun 28 yaşlı oğlu Elvin Bədəlov SOCAR-ın pulları ilə yaradılan sanatoriyaların sahibidir. Bu cavan oğlanda bu fərasət, pullar haradandır cənab Bədəlov ? Görəsən Bədəl Bədəlov hansı xidmətlərinə, vətən qarşısında hansı əməllərinə görə, işə və evə cangüdənlərlə gedib gəlir ? Bu cangüdənləri hansı pulla saxlayır ? Bizim bir media olaraq məqsədimiz Bədəl ''BƏY'' kimilərini ifşa etmək deyil. Bizim ali məqsədimiz ölkə başçısının çağırışına dəstək olaraq qanunsuzluqlara qarşı mübarizə aparmaq, ölkəmizdə qanunların aliliyinin qorunmasına, mülkiyyət toxunulmazlığına nail olmaq, hüququ tapdanan vətəndaşlarımıza yardımçı olmaqdır. Saytımızda digər sferalarla bərabər dəfələrlə SOCAR-ın rəhbərliyinin fəaliyyəti ilə bağlı tənqidi məqalələr dərc olunub. Və ondan sonra saytımıza xaker hücumları başlayıb. Redaksiyamıza daxil olan məıumata görə, SOCAR-la bağlı tənqidi yazılara təkcə məşhur Anar Əlizadə deyil, eyni zamanda Bədəl Bədəov da dözümsüz yanaşır. Hətta daxili müzakirələrdə ən çox mediaya allergiyası olan Bədəl Bədəlov olur. Gundelik-baku.com saytı Bədəl Bədəlovla bağlı araşdırmasını davam etdirir.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
Rövnəq Abdullayevin BƏDƏLİ-''SOCAR''-ın milyonlarının ''FETO''-ya göndərilməsində BƏDƏL BƏDƏLOV İZİ......
07
sentyabr
13:06

Qarabağ
KOMMENTLƏR
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
Azərbaycan MEDİA-sının qənimi Anar Əlizadə-''SOCAR''ın pulları necə yoxa çıxır?
Azərbaycan MEDİA-sının qənimi Anar Əlizadə-''SOCAR''ın pulları necə yoxa çıxır?
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat