Ziyəddin Əliyev, darıxma, yaxın zamanda səni layiq olduğun yerə aparacaqlar… 
Qubanın icra başçısı Ziyəddin Əliyevin ömür yoluna nəzər salaq. Ziyəddin Əliyev ixtisasca inşaatçıdır. 1984-1993-cü illərdə Bakı Tikinti Trestində işləyib. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. 02 dekabr 2017-ci il tarixdən Quba Rayon İcra Hakimiyyətinin başçısıdır. Fikir verdinizmi, bu adam icra başçısı olanadək dövlət qurumlarında çalışıb, Ziya Məmmədovun yanından bir addım kənara çəkilməyib, deməli Ziya Məmmədovun ən yaxın adamı olub, yəni dövlətdən konkret maaş alıb. Bəs...? Bəs görəsən, Ziyəddin Əliyev Ukraynadakı 7 milyon dəyərində asfalt zavodunu hansı pulla tikdirib..?   Bu hələ harasıdır..? 
Ziyəddin Əliyevin Ukraynada asfalt zavodundan başqa daha 5 milyonluq şirkətləri var. Ukraynada müharibə getdiyi bir vaxtda Ziyəddin Əliyev orada sayca 7-ci olan RANZ LLC (ТОВ РАНЗ) şirkətini açıb. Şirkətin adına fikir verin: RA-şad, and, NZ-cat. Yəni Rəşad və Nicat. Ziyəddin Əliyevin oğlanlarının adı. Bu  şirkət yaxın zamanda açılıb və nizamnamə kapitalı 400 min dollardır. Hələ bu harasıdır..? 
Ziyəddin Əliyevin Avstriyada ( Vyana şəhəri), Çexiyada ( Praqa) özünün və oğlu Nicat Əlibəylinin adına milyonlarla  avro dəyəri olan şirkətləri var. Bu şirkətlərin siyahısını yazsaq oxumağa xeyli vaxt lazım olacaq. Bu adamın şirkətləri Vyanadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə  milyonlarla dəyəri olan xidmətlər göstərir. Hamısı kağız üzərində. Ziyəddin  Əliyevin oğlu Nicat Əlibəylinin  Vyanada "Kenny" restoranlar şəbəkəsi var. Biz Ziyəddin Əliyevə məxsus  şirkətlərin hətta dəqiq hüquqi ünvanlarını da yaza bilərik. Amma nə faydası..? Maraq üçün Ziyəddinin Ukraynadakı şirkətlərinin siyahısına baxaq: 
1. ALOV ASFALT ZAVODU 
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ 
3. “ALOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 
4. “ALOV TİCARƏT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 
5. “ALOV-BUD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. 
7. RANZ LLC”. Biz hələ Ziyəddin Əliyevin daş-çınqıl karxanalarında baş verən cinayət əməllərini, ölüm hallarını demirik. 
Təsəvvür edirsiniz ölüm hadisəsi o qədər dəhşətlidir ki, sosial şəbəkə o videoya baxmaq üçün 16 yaş həddi qoyub ki, stress keçirə bilərlər. 
Sözün qısası Ziyəddinin əməlləri ilə bağlı yazmaqla qurtaran deyil. Yeri gəlmişkən, Ziyəddin Əliyevin qardaşı, general-mayor Şahvələd Əliyev  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışıb. Özü də…maliyyə məsələləri üzrə müavin. Dövlətin rayon “voyenkomat”larına  ayırdığı milyonlarla vəsaiti “voyenkom”lara faizlə verib. Bu hələ harasıdır..? 
Ziyəddin Əliyevin oğlu Rəşad Əliyev tez-tez toylarda, restoranlarda dava salır,  camaatın qız-gəlininə söz atır və daha nələr…Bununla bağlı videoları sildirmək üçün Ziyəddin müəllim xeyli xərcə düşür. Öz oğluna tərbiyə verməyi bacarmayan adam bilirsiniz nə eşqinə düşüb…?
Deməli, bu yaxınlarda Ziyəddin Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd etmək üçün rayonun vəzifəli şəxsləri ilə məclis keçirib. Və boz araqdan vuran Ziyəddin Əliyev …kabinetin açarını itirib və vəzifəli şəxslərlə halallaşıb.  
Sonra deyib ki, bu yaxınlarda Qubadan başqa bir yerə vəzifəyə gedəcəm. Ziyəddin Əliyev o qədər keflənib ki, hətta Prezidentin müstəsna səlahiyyətinə də müdaxiə edərək deyib ki, yəqin ki, Bakının icra başçısı olacam, çünki evim-eşiyim oradadır. Əgər bu baş tutmasa ən azı  Sumqayıtın icra başçısı olacam, hazır-qurulu şəhərdir, oturub pulumu yığacam. Ziyəddin Əliyev sonra deyib ki, Sumqayıt da alınmasa, ən azı Gəncənin icra başçısı olacam. Ziyəddin Əliyevə deyən lazımdır ki, sənin tamah dişin elə yerə ilişib ki…. Özün Bakının meri Eldar Əzizovun çəkisinə bələdsən, Zakir Fərəcovun da idarəçiliyini bilirsən, Gəncə də eləcə… Ziyəddin Əliyev, boz arağın təsiri gedəndən sonra sən nəinki Bakı, Sumqayıt, Gəncə, hətta Qubaya da layiq olmadığını başa düşəcəksən və layiq olduğun yerdə məskən salacaqsan, yəni Kür-də-xa-nı...
                                                                                      21SAAT.ORGскачать dle 12.1