"Torpaqlarımızın Ermənistan tərəfindən işğalından ötən dövr ərzində Azərbaycan gözləmə mövqeyində olmadı. Münaqişənin həllində sülhə üstünlük verdi. Lakin Ermənistanın ardıcıl təxribatları torpaqlarımızın sülh yolu ilə azad olunmasında düşmənin maraqlı olmadığını göstərdi. Ermənilərin sentyabrın 27-də başlayan təxribatı ilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə daxil oldu".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib.
O bildirib ki, sentyabrın 27-dən ötən 44 gün ərzində torpaqlarımız, strateji məntəqələrimiz düşmən işğalından azad edildi: “Düşmən diz çökdürüldü. Noyabrın 10-u xalqımızın uzun illərdən bəri gözlədiyi möhtəşəm bir gün oldu. Bu tarixi qələbə ilə Naxçıvanla quru sərhədimiz də bərpa edildi”.
Firdovsiyyə Əhmədova qeyd edib ki, Azərbaycanın bu qələbəsi Cənubi Qafqazda sülhün bərqərar olması deməkdir.
“Əgər Ermənistan bəyanata sadiq qalmasa, Azərbaycan iqtisadi və siyasi üstünlüyü ilə öz maraqlarını təmin etmək iqtidarındadır. Bu gün böyük gündür, 10 noyabr Qələbə Günü Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı”, - deyə Firdovsiyyə Əhmədova vurğulayıb. (Trend)
Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”
10
noyabr
13:09

Qarabağ
KOMMENTLƏR
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
"Mənim Azərbaycan pasportum yoxdur" - Xalq artisti Emin Ağalarov - VİDEO
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
“Qarabağ münaqişəsinin mərhələli həll planı hazırda alternativsiz variantdır”
"Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki..."
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat