"İcaze.e-gov.az"da ötən gündən etibarən yeni xidmət yaratdıq".
"Ölkə.Az" xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri bildirib ki, təşkilatlar icazəni portala daxil etdiklərində və ya icazə dayandırılanda bəzən bununla bağlı əməkdaşlarına ya məlumat vermirdilər, ya da bunu unudurdular. Bu isə əlavə problemlərə gətirib çıxarırdı. F.Cəfərov problemin aradan qaldırılması üçün yeni xidmətin yaradıldığını açıqlayıb:"Belə olan halda həmin əməkdaşlar icazəsinin olmadığını polis postlarında öyrənirdi və cərimlənirdi. Bu olmasın deyə, icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb. Sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlar vasitəsiylə oxudulmasıyla vətəndaşların daha sürətli şəkildə postları keçməsi təmin olunacaq. Bu, sabahdan qüvvəyə minəcək. My.gov.az-a artıq bildirişlər daxil olub, vətəndaşlar bunu görə bilərlər".
İcazə xidməti ilə bağlı mühüm yenilik — Bu gündən qüvvəyə minir
22
aprel
10:47

Qarabağ
KOMMENTLƏR
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Azərbaycan qeydiyyatsız avtomobilləri bir il sürmək olacaq! - ŞƏRTLƏR
Azərbaycanda nəqliyyatın ödənişində YENİLİK: İlk olaraq...
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat