ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin neft-qaz biznesi, lift biznesi, RAHAT marketlər biznesi və s barədə ölkə mətbuatında kifayət qədər yazılıb. Bu adamın əl qoymadığı biznes sahəsi yoxdur. Gundelik-baku.com saytına daxil olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti son vaxtlar Türkiyədə, Avropada, Kiprdə otelçilik biznesinə girişib. Məlumatlı mənbənin bilgisinə görə, vaxtilə Fətullah Gülənlə yaxın olan Rövnəq Abdullayev və ətrafı Antalyada yeni hotellər açıblar. Hazırda Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Şimali Kiprdə istirahət kompleksi tikib. Və Fətulla Gülənin yaxın adamı ilə şərikdir. Yaxın zamanda bu barədə məlumat verəcəyik.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)скачать dle 12.1