Bakı Səsi(bakisesi.com) infornasiya portalı  “Rövnəq Abdullayevin otel biznesi –“SOCAR”ın pulları  “FETO”ya xərclənib?” başlıqlı  yazını sayta  yerləşdirəndən  5 dəqiqə  sonra 40.000-dən artıq oxucu tərəfindən oxunub və hal hazırda 200.000-ə çatmaqdadır. Həmən vaxtda qoyulan digər xəbərlər bu xəbərlə müqayisədə 10-20-50 dəfə az oxunub.
Saytımızın ənənəvi  oxucu sayını bilərək, tam əminliklə bəyan edirik ki, sayta haker hücumu olub.
Bu fakt bir daha onu göstərir ki, SOCAR-la bağlı yazılan tənqidi yazıya görə, SOCAR-ın prezidenti  Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadə sayta qarşı xaker hücumu təşkil edir.
İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin çox vacib elementi olduğunu nəzərə alaraq müvafiq dövlət qurumlarından  xahiş edirik ki, saytımıza olan hücumlar araşdırılsın və  səbəbkarlar cəzalandırılsın.
HÖRMƏTLƏ;“Bakı Səsi” İNFORMASİYA PORTALININ KOLLEKTİVİскачать dle 12.1