Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin  Naxçıvandakı  Xıncov kəndinin uşaqlarını ölkənin strateji obyekti olan   SOCAR-a doldurması  barədə ötən yazımızda  qeyd etmişdik. 
Qısa  xatırlatma üçün qeyd edək ki, Rövnəq  Abdullayevin  dayısı, əmisi, xalası, qaynatası, qaynı, dostu, aşnası, bir sözlə, bütün tör-töküntüləri  SOCAR-da vəzifə tutur. 
Bir soruşan yoxdur ki,  gözünü Suraxanıda, Sabunçuda neft buruqlarının  arasında açan, gəncliyi neft mədənlərinin arasında keçənlərdən biri necə olur ki, SOCAR-da vəzifə tutmur. Amma Xıncovun  dərələrində  qoyun-quzu otaranlar, kəklikotu yığıb satanlar Suraxanıneftin rəisi, o birsi Sabunçuneftin rəisi, o birisi Allah qoymasa Suraxanıqazın rəisi olur.
Söhbət qazdan düşmüşkən...
Qaz məsələsi çox maraqlı məsələdir. Atalarımız deyib ki, filankəs qaz vurub qazan doldurur. 
Söhbət Rövnəqin  QAZ-ından getmir ee, söhbət ovçunun QAZ-ÖRDƏK  vurub QAZAN-a doldurmasından gedir. 
Rövnəq Abdullayev isə elə bilirdi  yerin altından, yəni quyulardan çıxan qazdan söhbət gedir. 
Ona görə də hər yerə öz adamını  göndərir. 
Təsəsvvür edirsiniz, Rövnəq Abdullayev öz  “oxrannik”lərindən birini  Bakının Qaz İdarələrindən birinə rəis göndərib. 
Bununla bağlı  araşdırmamız davam edir. Bizi izləyin.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1