COVİD-19-un yeni ştammına Azərbaycanda hələ ki, təsadüf edilməyib.
Bunu həkim-infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, COVİD-19-un genetik mutasiyasının klinik təzahürləri barəsində indi fikir söyləmək çox tezdir. Çünki COVİD-19-un klinik təzahürləri barəsində fikirlər pandemiyanın 6-cı ayından sonra tam aydınlaşmağa başladı:
"COVİD-19-un hələ “köhnə” variantına indi də yeni-yeni klinik təzahürlər əlavə olunur. Bu səbəbdən İngiltərədə, Brazilayada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağı barədə danışmaq çox tezdir. İndi virusun hansı yaş qrupuna daha çox təsir edəcəyi, hansı orqanın yoluxma zamanı daha üst səviyyədə olacağı barədə fikir söyləmək mümkün deyil. İlk mülahizələr budur ki, yeni koronavirus növünün daha sürətlə yayılma potensialı var. Amma xəstəliyin ağırlıq dərəcəsi ilə bağlı hələ bir fikir irəli sürülməyib”.
Mütəxəssis əlavə edib ki, virusun mutasiya edilib-edilməməsinə baxmayaraq, ehtiyat tədbirləri hər zaman olduğu kimi yenə də görülməlidir. Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır. (Trend)
Koronavirusun yeni ştammı Azərbaycanda qeydə alınıbmı?
08
fevral
12:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat