"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş "Zəfər yolu” layihəsinin ilk tədbiri keçirilib.
Layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib.
Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib.
Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini yad edib, Ana vətənin azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər.
Çıxış edənlər qeyd ediblər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olub. Hər qarış torpaq uğrunda şəhid qanı axıb. 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin birinci ildönümündə yekunlaşacaq.
“Zəfər yolu” layihəsinin ilk tədbiri keçirilib - FOTO
14
sentyabr
15:48

Qarabağ
KOMMENTLƏR
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edildi
Xarı Bülbül emblemi Şuşanın girişində sancıldı - VİDEO
Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat