Milli Məclisin deputatı Elman Nəsirov fevralın 4-5 tarixlərində 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Üçtəpə və Uzuntəpə kəndlərində seçiciləri ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, deputat dövlətin sosial siyasətindən, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, vətəndaş amili dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkə vətəndaşları hər addımda dövlətin onlara diqqət və qayğısını görür. Azərbaycanın bu gün özünü dünyaya sosial dövlət kimi təqdim etməsinin əsasında da uğurlu sosial-iqtisadi islahatlar dayanır.
Görüşdə Üçtəpə kənd sakini Qeys Məlikov, Məlikqasımlı kənd sakini Azad Şükürov, Bayxanlı kənd sakini Ceyhun Nadirov və Uzuntəpə kənd sakinləri Ərəstun Abbasov, Ramil Şahmarov, Əlizamin Əliyev, Kənan Səlimov, Mirzə Ələddin, Teymur Alışov və Bəhruz Ramazanov iştirak edib.
Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, ünvanlı sosial yardım və xüsusilə də örüş sahələri ilə bağlı məsələləri dilə gətiriblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər ilə bağlı deputat E.Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verib.
Milli Məclisin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb
10
fevral
10:10

Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov Mikayıllı kəndində seçiciləri ilə görüşdü - FOTOLAR
Millət vəkili Elman Nəsirovun seçiciləri ilə növbəti görüşü
“Vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir” - ŞƏRH
Deputat Elman Nəsirov Cəlilabadda şəhid ailələrini ziyarət etdi, kəndlərdə yol çəkilişi işlərinin gedişi ilə tanış oldu
"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" - Elman Nəsirov
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat