"Azərbayacan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri başlayıb. Bu səfər çərçivəsində ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılmasını özündə ehtiva edən çox mühüm bir sənəd imzalanacaq".
Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, müttəfiqlik münasibətləri ilə bağlı olan bu sənədin imzalanması ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz ən yüksək mərhələyə daxil olacaq:
"Bu sənəddə iqdisadi, ticari, siyasi, humanitar və bütün digər sferalarda əlaqələrin bundan sonrakı inkişafına dair məsələlərin öz əksini tapacağı gözlənilir. Həmin sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı mərhələ üçün bir yol xəritəsi də hesab oluna bilər.
Əvvala qeyd edim ki, Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir. Siyasi sahədə əlaqələr çox yüksək sürətlə inkişaf edir. Ötən il Azərbaycan və Rusiya prezidentləri bir neçə ay ərzində iki dəfə görüş keçiriblər. Bu görüş noyabrın 26-da Soçidə, dekabrn 28-də isə Sankt-Peterburq şəhərində keçirilib. Eyni zamanda, çoxsaylı telefon danışıqları olub. Sonuncu dəfə İlham Əliyev bu ilin yanvar ayının 18-də Rusiya prezideti ilə telefonda danışıb. Bu, cənab İlham Əliyevin Ukrayna səfərinin ardınca baş vermiş bir danışıqdır.
Göründüyü kimi, siyasi sahədə əlaqələr sürətlə inkişaf edir. Siyasi dialoq kifayət qədər güclüdür.
Bütün fundamental məsələlərdə Azərbaycan-Rusiya mövqeyi üst-üstə düşür. Hər iki ölkə üçün əhəmiyyətli olan, Qarabağın vəziyyətinin tənzimlənməsi ilə bağlı məsələlərdə də Rusiya Azərbaycanın yaxın tərəfdaşıdır.
Bizim iqdisadi-siyasi əlaqələrimiz də sürətlə inkişaf edir. Pandemiya dövrü müəyyən çətinliklər yaratsa da, Azərbaycan və Rusiya bir-birinin bu sahədə də ən yaxın tərəfdaşlarından biridir.
İki ölkə arasında, həmçinin, humanitar sahədə əlaqələr inkişaf edir. Tez-tez forumlar keçirilir, regionlararası forumları xüsusilə qeyd etmək istərdim.
İmzalanacaq sənəd heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib. Bu sənəd regionda davamlı, uzunmüddətli sülhün və təhlükəsizliyin formalaşmasına xidmət edən sənəddir və onun imzalanması ilə Ermənistanda müəyyən revanşist qüvvələrin "iştahası kəsilmiş" olur. Onlar bu gün "bəlkə də, qaytardılar" xülyası ilə yaşayırlar. Amma Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi eyni zamanda onların da iddialarının qarşısına bir səddir.
Yeri gəlmişkən, postmüharibə, postmünaqişə dövründə həllini gözləyən məsələlərin tənzimlənməsi üçün də müttəfiqlik münasibətləri ilə bağlı imzalanacaq bu bəyənnamənin mühüm rolu ola bilər.
İlk növbədə, bəyannamə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası, iki dövlət arasında nəqliyyat komunikasiya xətlərinin bərpası və Zəngəzur dəhlizinin işə salınması, iki dövlət arasında etimad mühitinin formalaşması ilə bağlı məsələlərin həlli və nəhayət Azərbaycan və Ermənistan arasında gözlənilən sülh sazişinin imzalanması üçün münbit şərait yarada bilər.
Təsadüfi deyil ki, Nikol Paşinyan artıq Zəngəzur dəhlizi ilə bağlı çox pozitiv mövqeyini ortaya qoymağa başlayıb. Hesab edirəm ki, imzalanan sənəd bu istiqamətdə də həllini gözləyən bir sıra məsələlərin daha tez tənzimlənməsi üçün əlverişli şəraiti yaradacaq".
"Paşinyan artıq Zəngəzur dəhlizi ilə bağlı pozitiv mövqeyini ortaya qoymağa başlayıb"-AÇIQLAMA
22
fevral
16:10

Qarabağ
KOMMENTLƏR
Deputat Azərbaycanla Rusiya arasında imzalanacaq sənəddən DANIŞDI: "Bu, yol xəritəsi hesab oluna bilər"
30 ildir ki, bu münasibətlərə sadiqik - ŞƏRH EDİLDİ
Özbəkistanla imzalanan ən mühüm sənəd
İlham Əliyev Özbəkistana niyə gedib?
“Prezident İlham Əliyevin Macarıstan səfərinin ortaya çıxardığı gerçəklik budur” - Deputat Elman Nəsirov
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat