2003-cü ildə İlham Əliyev təzəcə Prezident seçiləndən az sonra geniş müsahibə vermişdi. Və demişdi ki, biz MAĞARA düşüncəsi, TAYFA psixologiyası ilə heç nəyə nail ola bilmərik. Ötən 17 il bunu bir daha təsdiq etdi ki, fərq etməz müxalifət partiyasının sədri oldun, ya da icra başçısı olsun, MAĞARA düşüncəli insanlar gec-tez səhnədən getməlidirlər. Necə ki, son 1 ildə neçəsini DTX qandallayıb layiq olduqları yerə yollayıb. Belələrindən biri də ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovdur. Bədəl Bədəlovun 28 yaşlı oğlu Elvin Bədəlov SOCAR-ın pulları ilə yaradılan sanatoriyaların sahibidir. Bu cavan oğlanda bu fərasət, pullar haradandır cənab Bədəlov ? Görəsən Bədəl Bədəlov hansı xidmətlərinə, vətən qarşısında hansı əməllərinə görə, işə və evə cangüdənlərlə gedib gəlir ? Bu cangüdənləri hansı pulla saxlayır ? Bizim bir media olaraq məqsədimiz Bədəl ''BƏY'' kimilərini ifşa etmək deyil. Bizim ali məqsədimiz ölkə başçısının çağırışına dəstək olaraq qanunsuzluqlara qarşı mübarizə aparmaq, ölkəmizdə qanunların aliliyinin qorunmasına, mülkiyyət toxunulmazlığına nail olmaq, hüququ tapdanan vətəndaşlarımıza yardımçı olmaqdır. Və redaksiyamıza daxil olan məlumata görə, 28 yaşlı ''milyonçu'' Elvin Bədəlov Rövnəq Abdullayevin yeznəsidir, daha dəqiq desək, bacısı qızının əridir. Bu cavan milyonçu 10 AH 004 dövlət qeydiyyat nişanlı 1 milyonluq avtomobili ilə  gəlib ''özləri''nə məxsus SAMOVAR-da hər axşam nələri müzakirə edir..? Bu barədə növbəti yazıda...
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1