26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova açıqlama verib.
O, Bizim.Media-ya açıqlamasında ittihamlarla razılaşmadığını qeyd edib:
“O uşaq bizim aparatlarımızın və həkimlərimizin sayəsində 26 gün yaşadı. Başqa xəstəxanada bu uşaq heç 1 saat da yaşamazdı. Əgər körpə və ya başqa bir şəxs dünyasını dəyişirsə, ata-ananın, qohumların razılığı olursa, o uşaq heç yerə getmir. Onlar ərizə yazır, təhlildən imtina edir və aparır. Amma bu ailə təhlilə razılığını bildirdi. Uşağın anası, atası və nənəsi yanımda idilər. Dedim “uşaq ölüb, ekspertizaya razılıq verirsinizmi?” Nənə “bəli” dedi. Ərizə yazmaq isə lazım deyildi. Xəstəxanada kimsə ölürsə, o mütləq yarılmalıdır. Mən uşağı ekspertizaya aparırdım, başqa hara gedə bilərdim ki?”
Nigar Şahbazovanın sözlərinə görə, uşağın doğulandan öz nəfəsi olmayıb:
“Körpə doğulandan sonra qışqırığı olmalıdır. Hava ilə ağciyər dolur və onun nəticəsində uşaq nəfəs almağa başlayır. Bu uşağın nə qışqırığı, nə səsi, nə də öz nəfəsi və tənəffüsü olub. Biz də məcbur olduq, ilk saatdan körpəni süni nəfəs aparatına qoşduq. Yalnız ürəyinin hesabına o, 26 gün yaşaya bilib. Dəfələrlə qan vurmuşuq. Amma beyin tərəfdən olan pozulmalar bərpa olunmadı. İlk gündən olan qan sızma sahələri artdı, mədəcikdə daxili qansızma oldu və sonra da beyin əriməsi getdi.
Baxmayaraq ki, çəkisi yaxşı idi, amma bu vəziyyətdən çıxa bilmədi. İnsan dayanacaqda dayanır, heç bilmir hansı avtobus gəlib-gedəcək. Doğuş da elə bir şeydir. Bu uşaq vaxtında doğulan uşaq idi, ölməməliydi. Amma doğuşda nə fəsad olub, ondan əvvəl hansı problemlər olub, bilmirəm. Bəlkə ana evdə yıxılıb, sonra doğuşa gəlib. Bax onu da deyə bilmirik. Düzdür, doğuş çətin və həddindən artıq uzun keçib. Orada nə baş verib, heç nə deyə bilmərəm. Çünki doğuşda olmamışam”.
*** 12:10
Bakıda ağır beyin travması ilə doğulan və 26 gün komada qalan körpənin öldüyünü xəbər vermişdik. Ailə məlumatı alan kimi xəstəxanaya gedib və gördükləri mənzərədən şok keçiriblər.
Belə ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (6 saylı Doğum Evi) nəşi çıxarlan körpə Viva markalı avtomobilə qoyularaq xəstəxanadan çıxarılmağa cəhd edilib. Avtomobilin içərisində isə sürücü ilə bərabər sözügedən xəstəxananın həkimi, pediatr və 26 gündür körpənin müalicəsində yaxından iştirak edən Nigar Şahbazova olub.
Bu iddia ilə Bizim.Media-ya körpənin xalası Aynurə Əsədbəyli çıxış edib.
Onun sözlərinə görə ailəsinə heç bir məlumat verilmədən körpə təcili surətdə xəstəxanadan çıxarılaraq müəmmalı şəkildə harasa aparılırmış:
"Uşağın ölümünü xəbər verən kimi özümüzü xəstəxanaya çatdırdıq. Bizə gözləyin dedilər. Bir qədər keçmişdi, gördük ki, uşağı xəstəxananın arxasından çıxarıb maşına tərəf aparırlar. Həkim Nigar xanım qucağında bükülmüş uşaqla avtomobilə oturdu. Yaxınlaşıb uşağı istədik, bizə vermirdilər. Anam bunu görüb özünü maşının qabağına atdı. O anda körpənin atası da gəldi və çətinliklə də olsa uşağı həkimin əlindən aldıq. Nigar xanım sürücü ilə tez qaçıb xəstəxanaya daxil oldular. Arxalarınca düşsək də, onları tapa bilmədik. Uşağı hara qaçırdıqları hələ də anlaşılan deyil. Sanki gözümüzün qarşısında film çəkilirdi. Ekspertizaya aparılırdısa niyə uşaq təcili tibbi yardım maşınında deyildi və bizim razılığımız olmadan aparılırdı? Nə oyunlar dönür, başa düşmürük".
Aynurə Əsədbəyli qeyd edib ki, həmin vaxt Yasamal Rayon Prokurorluğuna hadisə barədə müraciət edilib. Qurumdan isə məlumatlı olduqları bildirilib:
"Uşağı ekspertizaya apardıq. Həkimlərdən birinin ilkin rəyinə görə körpə həddindən artıq şişib və bədəni qaralıb. Dediklərinə görə uşaq əslində 2-3 gün əvvəl ölüb. Görək, ekspertizanın konkret rəyi nə ilə nəticələnəcək. Biz isə bu özbaşınalığa göz yummayacağıq. Günahkarların cəzalanması üçün nə lazımdırsa edəcəyik", - deyə şikayətçi əlavə edib.
Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.
Ailənin iddiasına görə Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb.
Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb. Ötən gün məsələ Bizim.Media-da ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.
Ölmüş körpəni qaçırmaqda ittiham olunan həkim: “Uşaq vaxtında doğulmuşdu, ölməməliydi” (YENİLƏNİB)
27
iyul
17:39

Qarabağ
KOMMENTLƏR
Doğuş zamanı şok: 5 uşaq olmalı idi, 6 uşaq doğuldu
Arvad ərini döydü, uşaq küçədə qaldı - Azərbaycanda ailə dramı
Gəncədə DƏHŞƏT: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEO
"Sənə gəlinlik geyindirdim, qadın etdim" - Dado (VİDEO)
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat