İsveçrənin italyandilli “RSI” teleradiosunda “Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb.
Azərbaycanın işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına səfər edən telekanalın əməkdaşı Filippo Çiçu tərəfindən hazırlanmış reportajda dağıdılmış yaşayış məntəqələri nümayiş olunur. Jurnalist Ağdam və Füzuli şəhərlərinin “ruhlar məkanı”na çevrildiyini diqqətə çatdırır.
Reportajda 30 il bundan əvvəl bu ərazilərdən didərgin salınmış azərbaycanlıların tədricən öz torpaqlarına qayıdışından bəhs olunur. Həmçinin sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədən söhbət açılır.
Reportajda ötən əsrin 90-cı illərində Ermənistanın Qarabağa nəzarəti ələ keçirərək, əhalisi azərbaycanlılardan ibarət olan şəhər və kəndlərin sakinlərini qovduğu və həmin ərazilərdə hərbi postlar qurduğu bildirilir. Qeyd edilir ki, 30 illik işğal zamanı “ruhlar məkanı”na çevrilmiş bu ərazilərdə tərk edilmiş və dağıdılmış evlərin arasında özünə mövqe seçən erməni hərbçiləri burada müdafiə istehkamları qurublar. 1990-cı illərdən bəri heç də sakitləşməyən münaqişə bu ilin sentyabr ayında yenidən alovlanıb və Azərbaycan işğal altındakı ərazilərini azad edib.
Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərində qovulmuş azərbaycanlı köçkünlər təxminən 30 ildən sonra öz torpaqlarına geri qayıda bilərlər. Lakin burada onları dağıntılar və minalanmış ərazilər gözləyir. Həmin minalanmış ərazilər isə hazırda Azərbaycan əsgərləri tərəfindən təmizlənir.
Erməni vəhşilikləri İsveçrə teleradiosunda - Video
17
dekabr
21:36

Qarabağ
KOMMENTLƏR
Xarici jurnalistlər Qarabağa gedib
“Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə (VİDEO)
Məşhur fransız telekanalı Füzulidən reportaj hazırladı - Video
Ermənilərin Füzulidəki vəhşilikləri İtaliya mətbuatında: "Burada hər şey dağıdılıb”
“Əl-Cəzirə” Füzuli şəhərindən süjet yayımlayıb - Video
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər