Niderlandın dörd böyük şəhəri Mərakeş və Fransa arasında dünya çempionatının yarımfinal matçının nümayişindən imtina edib.
Amsterdam və Haaqa rəsmilərinin bildirdiyi kimi, bu qərar Mərakeşin əvvəlki qələbələrinin iğtişaşlarla müşayiət olunması ilə bağlıdır.
Amsterdamda matçın yayımından imtinanın əsas səbəbi ictimai təhlükəsizliyə təhdid göstərilib. “Adi azarkeşlər də pirotexniki vasitələrin və ya qeyri-qanuni davranışların qurbanı ola bilərlər”, - meriyanın məlumatında bildirilib. Hazırda paytaxt hakimiyyəti əlavə təhlükəsizlik tədbirlərinin görülməsi imkanlarını müzakirə edir.
Oxşar arqumentləri Haaqa səlahiyyətliləri də irəli sürüblər. “İzdihamda isə pis insanları yaxşı insanlardan ayırmaq çox çətindir”,- deyə şəhər hakimiyyətindən vurğulanıb.
Utrext və Rotterdam da matçı göstərməmək qərarına gəliblər.
Qeyd edək ki, Mərakeş icması niderlandın ən böyük icmalarından biridir və 400 mindən çox üzvü var.
Xatırladaq ki, Mərakeş və Fransa milli komandaları arasındakı oyun bu gün keçiriləcək.
Mənbə: TASS
Niderland Mərakeş - Fransa matçının yayımından imtina etdi
14
dekabr
11:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat