Əli Həsənovun  Azərbaycan Nəşriyyatını  xarabaya çevirən şəriki Ağa-sız və Bəy-siz Əsgərov 

Bir gün birindən soruşurlar ki, AD-ın nədir. 
Cavab verir ki, AD-ım yoxdur. 
Bir də soruşurlar ki, necə yəni AD-ım yoxdur, bəs, atan-anan, nənən-baban sənə AD qoymayıb ? 
Cavab belə olur: AD-ım BƏY-KİŞİ idi, bəyliyimi də əlimdən aldılar, kişiliyimi də, yerdə heç nə qalmadı. 
Bu məsəli nə üçün yada saldıq ?
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Ağabəy Əsgərov  “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edildi.
Adı  AĞA-BƏY olan adam Bəy-liyini də itirdi, Ağa-lığını da, üstəlik vəzifəsini də.
Bəli, uzun illərdir ki, bu adamın yaramaz əməlləri ilə bağlı ölkə mətbuatı  dayanmadan yazırdı. Ancaq heç bir tədbir görülmürdü. Nəhayət  haqq öz yerini tapdı. 
Azərbaycan nəşriyyatı Ulu Öndərin ağır zəhmətilə tikilmişdi və az qala MƏBƏD kimi bir  məkan idi. Burada ölkənin ən nüfuzlu qəzetləri, jurnalları çap olunurdu. Yəni bu məkan ziyalı insanların məkanı idi. 
Təəssüf ki, Ağabəy Əsgərov nəşriyyata baş direktor təyin olunandan sonra bu MƏBƏD  üfunət iyi verən bir yerə çevrildi. 
Ağabəy Əsgərov öz dostu, şəriki olan, sabiq köməkçi olan Əli Həsənovla birləşib  bu müqəddəs məkanı batırdılar, çirkaba buladılar. 
Sözün həqiqi mənasında nəşriyyata daxil olanda ilk olaraq üfunət iyi adamların beynini parçalayırdı. Nəşriyyatın sınıq-salxaq liftləri insanlar üçün əsl təhlükə mənbəyi idi. 
Görəsən Prezident Adminstrasiyasının İşlər İdarəsinin balansında olan, hər il külli miqdarda dövlət vəsaiti köçürülən bu boyda Azərbaycan Nəşriyyatını Həsənov-Əsgərov cütlüyü niyə bu günə qoymuşdu ?   
Birinci növbədə  bu iki şəxsin tamahının, pula hərisliyinin ucbatından. 
Bəli, binadakı otaqlar  nəşriyyata aid olmayan şəxslərə baha qiymətə icarəyə verilmişdi. Amma hər ay toplanan külli miqdarda  icarə haqqının kimlərin cibinə getməsindən heç kimin xəbəri yox idi, heç kimə hesabat verilmirdi. Bunu ancaq Həsənov-Əsgərov cütlüyü bilirdi. 
Əsgərov 15 ildən artıq baş direktor olduğu müddətdə nəşriyyatın ərazisini dədəsinin mülkü kimi satmaqla məşğul oldu, bu işdə Ağabəy Əsgərovla həbs olunacaq Etibar adlı müavini də var.   
Nəşriyyatda nələr yox idi ? 
İş adamlarına məxsus  dondurma, tort, çörək sexləri və daha nələr. 
Təsəvvür edirsiniz, Əli Həsənovun nəşriyyatda  yerləşən  obyektləri üçün  ayrıca  giriş-çıxış açılmışdı. Yəni həmin giriş-çıxışdan kimsə istifadə edə bilməzdi. 
Nəşriyyatın birbaşa balansında  olan xeyli ərazi Əli Həsənov və  Ağabəy Əsgərov tərəfindən özəlləşdirilmişdi. 
Hamıya bəllidir ki, nəşriyyatda uzun illərdi ki, kağız satılır. Bəs bu satışdan gələn pullar kimin hesabına mədaxil olunurdu ? 
Yaxşı, dövlətin ayırdığı  pullar hara xərclənirdi ? 
Bura dövlət qurumudur. Bəs onda Ağabəy Əsgərov  satdığı kağızın pullarını, icarə pullarını niyə nağd  alıb cibinə qoyurdu ? 
Nəşriyyata məxsus avtomaşınları kimlərə və neçəyə arendaya vermişdin, Əsgərov ? 
Bütün bu və digər suallar yaxın zamanda istintaq prosesində sənə veriləcək, Əsgərov ?
Hazır ol, həbsinə az qalıb, AĞA-lığını və BƏY-liyini itirmiş Əsgərov. 
Vüqar Səfərli sənin yolunu səbrsizliklə gözləyir.
P.S Xəzərdə yayımlanan "Ay Zaur" verilişlərinin nəşriyyatda çəkilişlərini kimin tapşırığı ilə yerinə yetirirdiniz?  /Gundelik-baku.com/скачать dle 12.1