“İyun ayının 16-da Bakı şəhərində IX Qlobal Bakı Forumu keçirilib. Forum ölkə Prezidentinin himayəsi altında baş tutub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, forum çərçivəsində cənab Prezidentin geniş əhatəli proqram xarakterli bir çıxışı oldu: “Bu çıxışda olduqca vacib məsələlər gündəmə gətirildi. İlk növbədə cənab Prezident vurğuladı ki, təhlükəsizlik bir nömrəli məsələyə çevrilib. Çünki dünyamız dəyişir və yeni reallıqlar formalaşıb. Burada ən çox müzakirə olunan məsələlərdən biri də, təhlükəsizlik olacaq”.
Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin çıxışında eyni zamanda yeni reallıqlar fonunda ərzaq təhlükəsizliyi, ərzaq böhranı ilə bağlı məsələlər ön plana çəkildi və xüsusi vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq böhranı çox vacib məsələyə çevrilib. Belə olan təqdirdə böyük dövlətlər bu məsələnin həlli ilə bağlı olduqca operativ addımlar atmalıdırlar və bu artıq qaçılmaz reallıqdır.
Cənab Prezident eyni zamanda enerji təhlükəsizliyi məsələlərinə də toxundu və qeyd etdi ki, hansı ölkələr ki, neftin, qazın qiymətinin qalxmasına sevinirlərsə yanlış yanaşmadır. Çünki bu istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərliyin yaranmasına gətirib çıxarır. Bizə sabit təhlükəsiz bazar lazımdır.
Prezident söylədi ki, Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır. Biz bu haqda öz mövqeyimizi ifadə etmişik və qalib gələn dövlət olaraq çox sürətlə regiona sülhün gəlməsini, regionda dayanıqlı, davamlı təhlükəsizlik mühitinin formalaşmasını istəyirik. Bu kontekstdə vurğuladı ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün artıq komissiya yaradıb. Amma təəssüf ki, Ermənistan tərəfdən bu addım atılmır.
Eyni zamanda qeyd etdi ki, artıq sərhədlərin delmitasiyası ilə bağlı hər iki ölkənin komissiyaları formalaşıb. Bütün bu reallıqlar fonunda Ermənistanın başqa bir davranışı regionda davamlı sülhün yaranması üçün yenidən təhlükəyə çevrilib. Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul edib. Bu çox müsbət hadisədir. Amma paralel şəkildə də yenə də qondarma Dağlıq Qarabağ statusu ilə bağlı məsələləri ortaya atırlar. Bu regionda yenidən qarşıdurmanın yaranmasına gətirib çıxara bilər.
Ermənistan Qarabağ müharibəsinin ağır nəticələrindən dərs almalıdır. Bu da çox mühüm, əhəmiyyətli mesajlardan biri idi ki, Ermənistanın siyasi rəhbərliyi mütləq nəzərə almalıdır. Eyni zamanda cənab Prezident çıxışında enerji təhlükəsizliyi ilə bağlı məsələləri də diqqət mərkəzində saxladı və qeyd olundu ki, Azərbaycan bu gün Avropa enerji təhlükəsində çox mühüm aktordur.
Yeni alternativ enerji mənbəyidir və artıq Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti son dərəcə artıb və artıq Avropa ölkələri Azərbaycanla bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək, Azərbaycanın təchizatçı ölkə olaraq öz qaz tədarükünün daha da artırılmasını istəyirlər.
Məlum olduğu kimi keçən il də Azərbaycan Avropa ölkələri üçün 8,2 milyard kub.metr qaz satıb. Bu illəri cari ildə 9 milyarddan artıq qaz satılması planlaşdırılır və gələn il isə 11 milyarddan çox qazın satılması niyyəti var. Amma Avropa ölkələri daha çox qaz almaq niyyətini ortaya qoyub və indi hal-hazırda Azərbaycan Avropa ittifaqı arasında enerji dialoqu prosesinə start verilib. Bu proses getməkdədir. Söhbət təkcə qazdan getmir, həm də neftdən, elektrik enerjisinin ixracından gedir və bu istiqamətdə də danışıqlar prosesi aparılmaqdadır. Bu həm də bizim üçün gözlənilməz olub ki, hadisələrin ssenarisi belə proqnozlaşdırılmırdı.
Eyni zamanda bərpa olan enerji mənbələri məsələsi də çox böyük əhəmiyyət kəsb edir və cənab Prezident vurğuladı ki, il yarımdan sonra Azərbaycan 700 meqavatlıq enerji istehsal edəcək. Söhbət günəş və külək enerjisindən gedir.
Eyni zamanda Xəzər dənizinin çox böyük potensialı var. Bu da 150 gb-dan ibarətdir. Sonda cənab Prezident bir daha vurğuladı ki, bu günləri Qlobal Bakı Forumu dünyanın əsas beyin mərkəzlərindən və bu istiqamətdə atılmış qasıq beyin mərkəzlərindən düşüncə mərkəzlərinin birinə çevrilib. Dünyada təhlükəsizliyin təminatı prosesinin ideoloji əsaslarının yaradılmasında bu forumun əhəmiyyəti daha da artmaqdadır və eyni zamanda qeyd etdi ki, araşdırmalar, təhlillər, müzakirələr nəticə etibarilə dünyamızın daha da təhlükəsiz olması mənafeyinə xidmət göstərəcək”.скачать dle 12.1